Ah, kim hər gün yetər min qəm dili-naşadimə
Ah, kim hər gün yetər min qəm dili-naşadimə,Bir gün ol bimehr məh yetməz mənim fəryadimə.
Gülşəni-eşqində könlüm qan olur qönçəsifət,Hər zaman kim, ey güli-rəna, düşərsən yadimə.
Bəsdir, ey gərdun, mənə hicran qəmi, təni-rəqib,Sən nə hacət daş atırsan xaneyi-bərbadimə?!
Yel dəyib hər sübhdəm eylər xəmidə qamətin,Hər zaman eylər həsəd sərv ol qədi-şümşadimə.
Qətlim üçün dəmbədəm gərdun cəfa tiğin çəkib,Həqq özü bir rəhm versin rəhmsiz cəlladimə.
Kafirəm, versəm əgər meyxanə küncün məscidə,Eybi yoxdur, qoy desinlər küfri-aləm adimə.
Vahida, bu şeri yaz, göndər hüzuri-Müznibə,Nola gər, ustaddır o, çəksə qələm iradimə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-ah-kim-her-gun-yeter-min-qem-dili-nasadime
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gözəlim, pərişan etmə zülfünü,Günəştək gül üzün qoy aşkar olsun,
VətənDumanlı dağların başında durdum,Dumandan özümə bir xeymə qurdum.
OlurCəfər Xəndana*Şairim, xatirin küsməsin məndən,
Bu bayramdaKönüllər şad olan gündür – bu bayramda, bu bayramda,Vətən azad olan gündür – bu bayramda, bu bayramda.
Başqa şairlərin şeirləri · Eşq
Çəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Gəraylı: Ey ağalar necə olurEy ağalar necə olurHalı yardan ayrılanın
Yar aşiqi həsrət çəkərYar aşiqi həsrət çəkər,Pərvanələr oda yansa.
A zalımMəgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalım