Gözəlim, pərişan etmə zülfünü,Günəştək gül üzün qoy aşkar olsun,Ellər camalını görməyə gəlsin,Dost-aşna sevinsin, düşmən xar olsun!

Nəğmələr yüksəlsin kaşanələrdən,Badələr süzülsün peymanələrdən,Qalmasın bir əsər biganələrdən,Elimiz, günümüz bəxtiyar olsun!

Ürəkdən sevirəm, sevgilim, səni,Tale bizimlədir, əzdik düşməni.Can kimi qoruyaq əziz vətəni,Tarixlər boyunca yadigar olsun!

Səadət yolunda biz candan keçdik,Bu günün eşqinə badələr içdik.Vətəni istəyən oğullar seçdik,Onlar yurdumuza havadar olsun!

Yaymalı hər yana bu şad xəbəri,Seçmişik birinci böyük rəhbəri.Dönsün gülüstana sovet elləri,Arzumuz dünyada payidar olsun!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq