Zülm qılma, gözəlim, rəhm elə, gəldim canə,Ürəyim dərdi-fəraqinlə dönübdür qanə.

Gül əgər olmasa, bülbül niyə fəryadə gəlir,Eşqi var, odlara çırpır özünü pərvanə.

Xəstə könlüm o qara zülfünün avarəsidir,Görsə zənciri necə sakit olur divanə?

Nə mənə badə gərəkdir, nə gülüstan seyri,Olmuşam gözlərinin şövqü ilə məstanə.

Məhrəmi-vəslin olan gün belə nəzr eyləmişəm:Can verəm sən kimi bir naz eləyən cananə.

Leyliyə eşqdə Məcnun olub aşiq, sənə mən,İndi dillərdə bizimçün deyilir əfsanə.

Şad olardım, o gülün vəslinə yetsəm, Vahid,Əgər etməzsə əcəl könlüm evin qəmxanə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq