O gül ki, naz qılardı məni-pərişanə
O gül ki, naz qılardı məni-pərişanə,Mən indi naz edirəm ol gülüzlü cananə.
Bu eşq aləmini eşqə düşməyən bilməz,Bilərmi, yanmasa şəmin şərəfni pərvanə?
Məni əsir eləmişdi o şux leylivəşim,Dönüb o indi olub eşqim ilə divanə.
Vəfasız olmağını bundan ol gülün bilirəm,Əziz olub ona məndən, nədənsə, biganə.
Nə eylə talibəm, ol dilbərin vüsalinə mənKi, səbr edim, dözüm, əlbəttə, dərdi-hicranə.
Nə Yusifəm, nə də ki, sevdiyim Züleyxadır,Əsir edib məni salsın sitəmlə zindanə.
Cahanda bəsdi mənə, Vahidəm, bir öz yarım,Behişt içində gözüm yoxdu hurü qılmanə.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-o-gul-ki-naz-qilardi-meni-perisane
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vurar məşşatə şanə türreyi-cananə hərdənbir,Edər aşiqlər əhvalın pərişan şanə hərdənbir.
Cəmalın şəminə, cana, yanar pərvanələr bir-birCəmalın şəminə, cana, yanar pərvanələr bir-bir,Çəkər zənciri-zülfün, həsrətin divanələr bir-bir.
Bəxtiyar aşiq odur ki, onu cananı sevirBəxtiyar aşiq odur ki, onu cananı sevir,Binəva bülbülünü, öz güli-xəndanı sevir.
O gül mənə bu gecə həmzəban olan gecədirO gül mənə bu gecə həmzəban olan gecədir,Deyib, gülüb, danışıb, mehriban olan gecədir.
Başqa şairlərin şeirləri · Eşq
Gözün qurbaniyəm saqi, xəbər tut bir məlalımdan,Keçər günlər, keçər aylar, neçin çıxmaz xəyalımdan.
Necə ömür eylər insanlar...Hamı laqeyd olub daş tək, hamı biganəyə dönmüş,Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş.
OynasınGül eyvana çıxan dilbər,Qoy yel vursun, tel oynasın.
Bağ içrə gəlib yarımı əğyar ilə gördümBağ içrə gəlib yarımı əğyar ilə gördüm,Qan oldu könül kim, o gülü xar ilə gördüm.