Gözün qurbaniyəm saqi, xəbər tut bir məlalımdan,Keçər günlər, keçər aylar, neçin çıxmaz xəyalımdan.

Onun hicranı könlümdə gedən gündən əmanətdir,Görünməz ol vəfasız ya əl üzmüşdür vüsalımdan.

Bu naləm, göz yaşım, ahım, fəqanım qoy xəbər versin,Xəbər versin nə qalmışdır böyük eşqin cəlalından.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq