Könlünənigaran bir işıq düşsə;dadını ilk dəfə duyduğun,bir sevinc,acısını ilk dəfə duyduğunbir təşviş gətirənişıq.Aldanma onun göz qamaşdıranşəfəqlərinə.Kölgəsi yandırar səni.İnanma istisinə!Dondurar səni.Deyirsən:yanmasa, donmasa insanyaşaya bilərmi?Bu həqiqət də var.Lakin, səadətitəsadüfi tapıntı bilmə.Çətindir yolu,ağırdır bahası.Fəlakətdən qorxma!Ağciyərlərçin qorxuludur o.Unutma!İnsan ağrıyan yerinican evi bilir.Ağrı varsa, dözüm də var.Əllərin yorulsa da,yorulmasın ümidin, arzun, inamın.İnsan özü bir sonsuzluqdur.Hər dərdin əlacıonun özündə var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri