Yarpaqlarındayumşaq ipək yatangər ağacı!Bir-birinə bənzəyən,bənzəməyənmeyvəsi,çiçəyi,yarpağı olurhər ağacın.Gah çəkil olursan,gah ağ, qonur, qara tut,gah toxmacar.Min illərlə oyanmazyarpaqlarında ipək,onu biz səsləməsək,biz onu bəsləməsək,İnsan əli açmasa,bu sirləriKim açar!Yarpaqlarında ipək yatangər ağacı,gəl səninlə bir müddətyan-yana qalaq,keçmişi yada salaq,mənim körpə vaxtımı,sənin ilk yarpağını,mənim ilkinöz əynimə yapışmış köynəyimi,ilk dəri papağımı.Axı uzun illər mənböyüklərinkiçildilmiş paltarını geymişəm;köhnə, nimdaş.Gər ağacı,gəl dərdləşəkyavaş-yavaş.

O sınıq budağın,gövdəndəki çapıqkimdən qalıb “yadigar”,gər ağacı?Nələr eşitmisən,nələr görmüsən.Qabığın olubcadar-cadar.Yadımdadır gövdənəzavyalov bıçaqlaadımı yazdığım.Yadımdadırşumal budağındançəkdiyim sıyrım.Bəlkə indi sən də yoxsan,köksündəki yazı da.Ancaq, unuda bilmirəmo günləri də,kümçü qocadan yediyimağır qapazı da.Bəlkə indi gövdənqonşun qarağacdan böyükdür.Qapqaradırbudaqlarınınxırman kölgəsi.Köklərin də torpağınyeddi qatını deşib.Üstündəki yazının dakənarları qabarıbköbərləşib.Yazı qalıbyara-çapıq kimi.Gər ağacı!Gər ağacı!Bəlkə indi yarpaqlarıntitrəyir, sızıldaşır,əsirlər əsim-əsim!Təpəsində hündürlüyü duyduğum,budağını sıyrım-sıyrım soyduğumGər ağacı!İstəyirəm sənsiz keçən günlərimivaraq-varaq açım.Neçə tanış-biliş getdio gündən bəri məzarlığa.Biri həkim yoxluğundan,biri həkim çoxluğundan.Ağır illər gəldidağdan ağır;sürgündən, dustaqdan ağır.Kiminin evinə gətirdiləryağı, əti, çörəyi,kiminin bir loxmaqara çörək üçünqabarladı əlləri, –əyildi kürəyi.Töküldü ömrün yollarınagülüş qırıqları,göz yaşları.Güllə ayırdı bir-birindənneçə cəbhədaşları.Yollar uzandıhər qarışı bir il boyu.Xatirələr soyutdu tez-tezneçə bayramı, toyu.Ancaq,Əlimiz soyumadı işdən,yaratmaqdan, qurmaqdan,Nə çıxardıgedər-gəlməzlərə yas tutubdurmaqdan.Neçə-neçə şəhər saldıq.Yeni yerdə, xərabələrdə.

Neçə-neçə yol çəkdik,Çox oldu ağır imtahan.Çox oldu yüngül şirnik.İnan mənə,Gər ağacım!Nəsil-nəsil çoxumuz,bəli, əsil çoxumuzİnsandıq,İnsan qaldıq.Demirəm hamı!Neyləyirsən, gər ağacım!Ağacların arasındanər ağıcım.Neyləyirsən,qurdalama gəl yaramı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri