Nigaranlıq
Gələcək günün nigaranlığı:İnsanlara bir doyumluq çörək,bir içimlik su çatacaqmı?Yer üzünün yığın-yığın insanıköhnəliyin, mənəmliyin,fənalığın, qəzəbin, kinindaşını atacaqmı?Hər gün vuruşda, yarışda,otağında, xəstəxana yatağındaminlərlə məhv olanneçə insanındünyamızdan qayıtmaz apardığıkəşflər, ixtiralar!Təkrarsız şeir misraları.Bəstələr, rənglər.Mərmər poemalar.Məhsul artımı,bağların barı,gül düyməçələri,çinar çadırları;hamısı mənim qayğım,
mənim ümidim,mənim sınağımdır....Mənim çağımdır.Mənim əsrimdir.Gah sevinc, gah kədər gətirənevim, məktəbim,yazı masam,mənim əsərimdir.
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-nigaranliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
GözəllərGözəllərin dərgahına uğradım,Birər-birər bəri varın, gözəllər.