Gözəllərin dərgahına uğradım,Birər-birər bəri varın, gözəllər.Bəriyə varanda can təzələnərHaqq yetirib bu güzarı, gözəllər.

Kiminiz xınalar əzmişsiz üzə,Kiminiz şəkərlər qatmışsız sözə,Üz tutub nəzərlər çevirin bizə,Sevindirin dostu-yarı, gözəllər.

Xəstə Həsən deyər, dürdü sözümüz,Gözəllərdə qaldı iki gözümüz,Baxa-baxa bir aşığa yüzünüz,Yetirtməyin zəhrimarı, gözəllər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri