Bu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.Ovçusan ovun gözlə, qoymaginan təzər əyri.O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri.Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.

Hər kimin dövləti çoxsa, bu dünya mənəm deyər,Hər kimin dövləti azsa, çörəyini yavan yeyər,Hər kimin dövləti yoxsa, ah-zar edər, ömür kecər,O səvəfdən yaş gözündə durmaz: gələr, axar əyri.Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.

Gecələri çox uzundur: yata bilməm, yerim dardır.Dönərəm o yan, bu yana, heç bilmirəm nə xəyaldır.Mənə derlər Xəstə Hasan, sevdigin sox zülümkardır.O səvəfdən yaş gözümdə durmaz: gələr, axar əyri.Sənəm əyri, sonam əyri, cəhənnəmdə yanam əyri.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri