İki dəfə öldürülmüş Hamlet
(H.Ərəblinskinin əziz xatirəsinə)
Danimarka prinsinələr gördü,nələr çəkdi.Xəyanət, riya,şəhvət düşkünlüyü.Ümid, sevinc beşgünlüyü.Yazıq sənə, Hamlet,yazıq, qəmli filosof!Bir dəfə öldürdülər səniuzaq-uzaq keçmişdə.Bir də böyük aktyorlabir gündə;sirri açılmayangünah üstündə.
Buzovna, avqust, 1972
Kitabxana.az · https://kitabxana.az/works/resul-rza-iki-defe-oldurulmus-hamlet
← → düymələri ilə keçid, R — təsadüfi şeir