Bacım Kübraya(Hamımız sənə Dadı deyirik)

Xatirələr elə çoxdur,doya bilmirəm.Nə də bəsdir – deyib,bir yana qoya bilmirəm.Uzaq günlər, gecələr.Uzaq, sakit bir evinyarıqaranlıq otağı.Tavandan asılmış yüyrükdəala-bəzək bir körpə qundağı.Şirə ilə ağardılmış divarlar.İndi də o torpağın qoxusuburnumdadır.İndi də xatırlayandaağzım torpaq dadır.Sən bizə nağıl oxuyardın“Min bir gecə”dən,“Natpinkerton”dan.Bizə nə qədər sevinc verərdi“Molla Nəsrəddin”in məzəli şəkilləri.“Tuti”, “Babayi-Əmir”“Probujdeniye”, “Niva”!Gözlərimizi qamaşdırardıvaraqladıqca bir-bir.Bəzən susdurardı biziqonşudan gələn bir nəva,bir namaz səsi.Qurudardı nitqimizioxuduğun qorxulu nağıllarınvahiməsi.Yadımda deyil ilk dəfə kim dedi.Başımı sığallayıb,yazıq bala!

Yetim! – dedi.Bəzən nəvaziş dəacı olur,sığal da tikanlı olur.Bəzən axar suların yolu da,çilənkənli olur.Yetim!Kim?!Elə bil qaynar su tökdülər qəlbimə.

Atam yadıma gəlmir,indi şəkillərindən onu tanısam da.İndi bizi ayıranneçə il, neçə ay, neçə gündür.Gözləri ala imiş atamın,boyu ortadan hündür.Səsi bilmirəm necə imiş.(Hələ doğulmamışdı maqnitofon).Odur ki, xəyalımda tamamlaya bilmirəmonun əziz surətini.Nə gülüşünü təsəvvür edə bilirəm,nə yerişinin sürətini.Varaqladıqca yaddaşımınyarı pozuq, yarı aydınsəhifələrini.Mən indi anlayıram,əziz bacım,niyə sənuzun qış gecələridaha çox kitab oxuyar,nağıl danışardın bizə.Atasızlıq acısıçökməsin körpə qəlbimizə.Onda altı yaşım vardı mənim.İndi xatirələr uzaq,ağrılar, acılar köhnədir.Ancaq ürək sınıqlığınınuzağı, yaxını varmı!O günlər unudularmı!İndi özüm kitab oxuyuram,özüm kitab yazıram.Ancaq, hardasa,sinəmdə, bəlkə lap dərindəüstünü günlər, aylar basmışbir ağrı duyuram.Günlər... günlər...gecələr... gecələr...ötüb keçdilər.Sevinc gəldi, bahar oldu.Nəğmə səsləri, gülüş bayramları.Sonra da o bəd günlər!Ananı baladan ayıranlar.İndi bir körpəyə salmısan mehrini;yaman salmısan.Bilirəm bu mehr-məhəbbətsənə bir sığınacaqdır.O körpənin hər sözü,hər arzusu,könlünə təsəlli dolubir qucaqdır.Bir arzum var, əziz Dadı!Bir də ayırmasın sənibu təsəlli aləmindənuzaq-uzaq o günlərinxatirələr fəryadı.İndi sənqoruyursan yüzlərlə körpənin ömrünügecə-gündüz yorğunluq bilmədən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri