Ata çıxan ağacı oğlu budaq-budaq gəzər
Dünən gecə bikar qaldığıma görə durdum ayağa, bayır-bucaq pal-tarımı geyib başımı bulaya-bulaya qətiteyyi-mənzil edib getdim yetişdimkluba. Gördüm üç cüt bir tək müsəlman “ürəfaları” var. Bunların birhissəsi qumar və bir hissəsi içkiyə məşğuldur. Burası təəccüblü bir şeydeyildir. Çünki indi içki içməmək və qumar oynamamaq eyibdir. Bunasözümüz yox: fəqət bir şey məni təəccübləndirdi. İçki stolunun başın-da əyləşənlərdən birisinin altı yaşında oğlu da yanında vardı. Atasıoğlu üçün stəkana pivə töküb qabağına qoyduqda oğlu ona protesteləyib çığırdı: Yox, ata, mən pivə içməyəcəyəm, mən şərab içəcə-yəm. Nə isə, stəkanı atası doldurdu. Uşaqcığın, inan ki, əli tutmurdu,gücü çatmırdı stəkana. Xülasə, kəmali-iştəha ilə nuş elədi. Bunugördükdə dedim, bəli, bizim yevropalaşmağımız elə belə olar... “Ataçıxan ağacı oğul budaq-budaq gəzər”. İndi bu məsum balanın görünüzki, gələcəyi necə parlaq və ziyalı bir isan olacaqdır. Bizlərin içki məc-lisimizi görənlər bilər ki, nə qədər ədəbli-ədəbli sözlər orada danışılırvə elə uşaqların tərbiyəsinə nə qədər faydası var. O cümlədən hamansaat orada oturan ağalardan birisini gördüm, ayağa durub, tufana tutul-muş gəmi kimi valaylıya-valaylıya papağını da əyri qoyduğu haldamənə xitabən: – Ağa Şeyx Şeypur! Şairin bir beyti bu saat xatirimədüşdü – dedi:“Nihali-sərvdir qaşın nun ol nihal üzrə,Misali-nöqteyi-nun xalın ol müşkin hilal üzrə”....Yaxşı, bircə de görüm qaşın nunə nə şəbahəti?Nunun ağzı yuxarı, amma əyri qaşın ağzı aşağa, bunda heç bir mü-nasibət görmürəm.– Ha ha ha... – dedim – bəli, bəli, afərin sənin bu zirəkliyinə, çoxyaxşı anlamısan. Yəni taxsır səndə deyil, şairlərimizdədir. O elə demə-səydi, sən də belə deməzdin. Türkün bir misalı var: “Ata çıxan ağacı oğulbudaq-budaq gəzər”. Hə, indi qulaq as, mən də səninçün birisini deyim:– Yüz il bundan müqəddəm nemsə şairlərindən məşhur Şiller“Eşqiyalar” adlı faciəsində bir bahadırın dilindən deyir: “Nəhiddətlənirsən, deyəsən gedib türkləri Yevropadan çıxaracaqsan”.Odur ki, indi Yevropanın yetişmiş uşaqları da həmin sözləri küçələrdədeyirlər! Pəs keçmiş rəhmətliklər yaxşı demişlər ki, “Ata çıxan ağacıoğlu budaq-budaq gəzər”.
Kitabxana.az · https://kitabxana.az/works/sehhet-ata-cixan-agaci-oglu-budaq-budaq-gezer
← → düymələri ilə keçid, R — təsadüfi şeir