Çıxmaz, çıxa bilməz də bu adət başımızdan.M.Ə.Sabir

Bu – iqtidar olub, o – müxalifət,bizə babalardan qalıb bu adət.Bu “ayrı” millətdi, o “ayrı” millət, –Türkdü ikisi də, bir vətəni var.

Vəzifə üstündə didhadid gedir,biri yıxıldımı, yüz şahid gedir.Güdaza gah Müşviq, gah Cavid gedir,nə qədər başsızın baş əyəni var.

Ölkədə fransız, alman, ingilismən vətən əsiri, sən pula həris.Polis dəyənəkli, şair kimsəsiz,bir külüng çalanın yüz yeyəni var.

Manatı dəyişib bazar “sent” qoyub,qəzetçi vitrinə təzə “Kent” qoyub.Varlı öz adını Prezident qoyub,kimi dindirirsən, cangüdəni var.

İldırım Bəyazit, Teymur Əmirlə,zaman vuruşdurdu gör kimi kimlə?!Qızılbaş Xətai Sultan Səlimlə,İndi də o yolun yol gedəni var.

Nə vaxt ayılacaq Oğuz tayfası,qəbilə yarısı, tayfa yarısı.Nə hirsi soyuyur, nə ehtirası,nə əyri oturub düz deyəni var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən