Aspirant dostum Abdulla Abbasovun qızına
A qızım, gülüşün necə təmizdi,bu necə tilsimdi, bu necə ovsun?Ananın taleyi qıza cehizdi,qoy sənin cehizin səadət olsun.
Qızlar atasının anası olur,qadınsız qalanda ata dünyada.Bəlkə ömrümüzün mənası budur, –bəxtin töhfəsidir bu da dünyada.
Mən haqq şairiyəm, sözüm də haqdı,qoy deyim, dilimə bir Ayə gəlib:Abdulla, Gülarə nə qədər pakdı,sənin paklığındı, dünyaya gəlib.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-aspirant-dostum-abdulla-abbasovun-qizina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
Gəzərdik küh-səhra seyr edib, ey binəva tülkü,İrişdi sənə dövrandan kənə nagəh cəfa, tülkü.
DərdimiZəhmət ilən bağça saldım becərdim,Müştaq oldu qəmxarına ha dərdim.
ŞərqiÖt, qumrum, öt, sən ki, məndən bəxtiyar,Heç olmazsa, qonacaq bir yuvan var,
Necə tale məni etmiş dəNecə tale məni etmiş də pərişan sənsiz,Qalmışam həsrət ilə gözləri giryan sənsiz.