Artistlər
Görüşmüşdük ikimiz,ələ düşmüşdü məqam.Tamaşaya baxırdıqteatrda o axşam.
Oturmuşduq ikimizbir sırada dal-qabaq.Guya sən məndən ayrı,guya mən səndən uzaq.
Beləcə başlamışdısakit,səssiz-səmirsiz;bizim öz tamaşamıztamaşadan xəbərsiz.
Mənə də pay düşürdüalqışlardan, sənə də.Biz – zalda oynayırdıq,artistlərsə səhnədə.
İşıqda oynayırdıamma səhnədəkilər.Biz – işıqlar sönəndən,bir də yanana qədər.
Səhnədə qəhrəmanınqəsdi xəyanət idi.Bizim tamaşamızınjanrı – məhəbbət idi.
Dünya qəmsiz-kədərsiz!Artistləri biz idikteatrın o axşam,teatrdan xəbərsiz.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-artistler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Baş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
“Sazımın sözü” şairinəI**Sən ey əziz Qaraçorlu,
Sevdiyim, ləblərin yaquta bənzərSevdiyim, ləblərin yaquta bənzər,Sərasər dişlərin dürdanədəndir.