Getdi qışın ayazı,Parladı ilin yazı.Əridi dağlarda qar,Bulanıq sellər axar.Yenə coşub Araz, Kür,Sahilləri hey sökür.Yaşıl geymiş dağ, dərə,Yenə bizim ellərəQuşlar da gəldi qonaq,Yuva oldu hər budaq.Bəzəndi boz yamaclar.Qırqovullar, turaclarKollarda qaqqıldaşır,Kənddə adam qaynaşır.Yaz xoş xəbərlə gəlmiş,Canlanır hər yanda iş.Traktorlar səslənir,Qoyun, quzu bəslənir.Bir yanda sürü, çoban,Bir yanda bağça, bostan.Bir yanda göy tarlalarDəniz tək dalğalanar.Uğur olsun, gözəl yaz!Səni sevməmək olmaz!Açdıqca əlvan güllər,Fərəhlənir könüllər.Əlində elin sazı,Xoş gəldin, ilin yazı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Usta Bəxtiyar

Bir gün öz taleyindən razı olan zalım bir padşah əyanları arasında oturub onun haqqında deyilən təriflərə fərəhlə qulaq asırdı. Qoca vəzirinin bu söhbətlərdə iştirak etmədiyini hiss edincə şahın əhvalı pozuldu, vəzirin bu söhbətlərə münasibətini bilmək məqsədilə soruşdu:– Vəzir, dünyada məndən daha bəxtiyar adam varmı?..

194713 dəq
Bostançı

Yayın üzüm, əncir bişirən qızğın günlərindən biri idi. Günəş göydən qum üzərinə alov saçdıqca yer qorlu külə dönür, istidən nəfəs almaq olmayırdı. Zəhra qarı istidən qaçıb bir əncir ağacı kölgəsində uzandı. Bir az sonra yuxuya getdi. Oyandığı zaman günəş yavaş-yavaş əyilirdi. Yatdığı yerdən qalxıb oturmaq istəyirdi ki, sinəsində soyuq bir şeyin hərəkət etdiyini duydu. Tez əlini sinəsinə aparıb onun nə olduğunu bilməyə tələsdi. Əli köksü üzərində qıvrılıb yatmış ilana dəyər-dəyməz: “Vay, ilan!” deyə, dəli kimi bağırdı və həyəcanlı halda sinəsi ilə ilanı yerə atmaq istədi. Ancaq ilan da vaxtında öz işini görmüşdü. Zəhra qarı oyananda o da oyanmış, onun qışqırığı ilə ilanın sancıb qaçması bir olmuşdu.Balaca Səməd nənəsinin bağırtısını eşidincə əvvəlcə qorxub dayandı, sonra bir az özünə ürək verib, irəli gəldi. Bu zaman ayaqları ucundan bir ilan fışıltı ilə qaçıb yox oldu. Səməd onu görüncə qaça-qaça gəlib evdəkiləri xəbərdar etdi.

19478 dəq
Üç it

Laçın bacısı Tərlan ilə həyət bağçasının yanında oturub səssizcə beşdaş oynayırdılar. Oyunu bu dəfə Laçın qazanmışdı. Tərlan əlini yerə qoyur, Laçın daşı havaya atıb Tərlanın əlini əli ilə vurduqdan sonra daşı tez havada tuturdu. Tərlan əlini çəkərək dedi:– Ay insafsız, mən səni udanda belə bərk vururdum?

194710 dəq
Meşə gözətçisi

Yenikənd gündən-günə gözəlləşirdi. Yaradan, işlək əllər gecəgündüz çalışıb onu nümunəvi bir kolxoz kəndinə çevirmişdi: yeni küçələr salınmış, sıra ilə təzə evlər tikilmiş, ağaclar əkilmişdi. Hər tərəfdən onu qucaqlamış olan böyük sovxoz bağları, əkin bostan yerləri və ucubucağı görünməz qalın meşələr onun gözəlliyini daha da artırırdı.Yayın məhsuldar çağı idi. Meyvələr yetişmiş olduğundan, Yenikəndi şimaldan qoynuna almış yaşıl meşə öz geniş süfrəsini açıb qonaqların yolunu gözləyirdi.

195412 dəq

Başqa şairlərin şeirləri · Təbiət və bahar