Vətən
Dumanlı dağların başında durdum,Dumandan özümə bir xeymə qurdum.Keçdi xəyalımdan o gözəl yurdum,Dumanlar başımda duman göründü.
Gəmimiz Suxuma çatan çağında,Hiddətli dalğalar yatan çağında,Günəşin üfüqdə batan çağında,Sahillər qarşımda ümman göründü.
Qara dəniz kimi eşqimlə coşdum,Xülyalar içində sanki bihuşdum,Vətən arzusilə nəğmələr qoşdum,Tufanlar gözümə dastan göründü.
Dünyalar cəzb edən bu xoş mənzərə,Şövqümü artırdı gözəl Xəzərə,Çarpdıqca vətənim, elim nəzərəTəbiət də mənə heyran göründü.
Deyirlər, bülbülə çəmən yaxşıdır,İnsana laləzar Vətən yaxşıdır.Vahid! Sorma, Vətən nədən yaxşıdır,Adı gəlcək könlüm göründü.
Kitabxana.az · https://kitabxana.az/works/vahid-veten
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gül eşqində könül qan olacaqmış, nə bilim!Bülbülasa imiş əfqan olacaqmış, nə bilim!
Vurma o qarə tellərinə şanə, sevgilimVurma o qarə tellərinə şanə, sevgilim,Etmə məni bəlakeşi-divanə, sevgilim.
Könlümü etmiş cəmalın şövqü heyran, sevgilimKönlümü etmiş cəmalın şövqü heyran, sevgilim,Yox bəşərdə sən kimi istəkli canan, sevgilim.
Həmişəlik o gözəl yarım olsa mənimHəmişəlik o gözəl yarım olsa mənim,Yolunda sərf edərəm, hər nə varım olsa mənim.
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Yenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Dedim, dediDedim: Ey nazənin, qaşların yayıdırDedi: Qövsi-qüzeh kamanıdır bu
VəndSəfheyi-mülk cahanda xalə bənzərdir Vənd,Basəfalıqda behişt ilə bərabərdir Vənd
Məktəb uşağıSübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!