Vurma o qarə tellərinə şanə, sevgilim
Vurma o qarə tellərinə şanə, sevgilim,Etmə məni bəlakeşi-divanə, sevgilim.
Yandırdı həsrətin məni, göstər cəmalını,Könlüm olub o atəşə pərvanə, sevgilim.
Bir dəfə eylədimsə təmənnayi-vəslini,Yüz dəfə yandım atəşi-hicranə, sevgilim.
Gəzmə rəqib ilə, məni qeyrət həlak edər,Salma bəlalı aşiqini qanə, sevgilim.
Göstərmə qarə xalını, könlüm fəğan elər,Quş dən görəndə tez gəlir əfqanə, sevgilim.
Min Leyli görsə hüsnünü Məcnun olub, səninEşqində üz tutardı biyabanə, sevgilim.
İnsafı olsa, çərx bu biçarə Vahidi,Həsrət qoyarmı sən kimi cananə, sevgilim!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-vurma-o-qare-tellerine-sane-sevgilim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey Bakı şəhrində hər tərif şayan avtobus!Sən ki, gəldin, çıxdı yaddan konka, dilcan, avtobus!
Fırıldaqçı qalıbdırDərvişlərimiz keçmişə nisbət azalıbdır,Tən yarı gedib rəhmətə, yerdə nə qalıbdır?
Qoşulub molla Həsən bir keşişəMən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə,Qoşulub molla Həsən saqqalı top bir keşişə.
Qışa hazırlıqKeçən il bir gəmi təmirə gəlibdir zavoda,Düşməyibdir hələ də bir ilin ərzində “xod”a.