Qoşulub molla Həsən bir keşişə
Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə,Qoşulub molla Həsən saqqalı top bir keşişə.
İki mal kəlləsini kim buraxıb bir qazana?Birisi zəngin əsiri, biri mayil azana.İstəyirlər bu fırıldaqla olar pul qazana.Afərinlər belə bir dostluğa, əlbir gedişə,Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə!
Peyki gördükdə keşiş göydə inanmır tarıya,İstəmir molla da əmmamə qoyub ağ sarıya.Belə dinsizliyi bunlar buraxıblar arayaKi, qoyublar qocaman Allahı da sərzənişə,Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə!
Zorba bir əmr yazıblar neçə min rövzəxana,Canına qəsd eləyib, tövlədə xoncər vurana.Bunların hamını tök zənbilə göndər oyanaKi, gedib harda əvam varsa ora tez yetişə,Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə!
Aşnayam molla Fətişlə mən özüm hər üzünə,İkicə onluq alır bir ölünün hər cüzünə.Keflənirkən tüpürür falçıların möcüzünə,Söz deyirsən yenə çatmır qəmiş oğlu qəmişə,Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə!
Mollalıqda böyük hörmət qazanıb Məşdi Hadı,Yasini tərsə oxur, çünki boyatdır savadı,Yayılıbdır kişinin hər yerə şöhrətlə adı,Məclis heyrətdə qalır onda olan tərpənişə,Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə!
Bir əfəndi törənib indi deyirlər Qalada,Mollalıq bir yana qalsın, baxır hər gün fala da,Qoymayıb müştəri-zad falçı Tükəzban xalada,Qorxuram molla Həcər də bu kəməndə ilişə,Mən ölüm, Kirpi dayı, yaxşı fikir ver bu işə!
Kitabxana.az · https://kitabxana.az/works/vahid-qosulub-molla-hesen-bir-kesise
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər aşiqin ki möhnəti var, ağlar, ağlamaz?!Vəsli-nigara həsrəti var, ağlar, ağlamaz?!
Daim bu gözəllik o cəfapişədə qalmazDaim bu gözəllik o cəfapişədə qalmaz,Tünd olsa, axar qanı meyin – şişədə qalmaz.
Hər gül açıla, ol güli-rəna kimi olmazHər gül açıla, ol güli-rəna kimi olmaz,Hər aşiq olan bülbüli-şeyda kimi olmaz!
Könül mürğü səri-zülfündən, ey gül, bil, kənar olmaz!Könül mürğü səri-zülfündən, ey gül, bil, kənar olmaz!Əsiri-eşq olanlartək ona bir rəhgüzar olmaz.
Başqa şairlərin şeirləri · Satira
Özgələr dərs oxuyur, alimi-ferzane olur,Özünə, millətinə qövli-həkimanə olur,
“Üxüvvət” məktəbiNə oldu, Şirvan əhli bəs –Mədrəseyi – “Üxüvvət”in?
Baba bəyin vəfatınaDiriğa, getdi bir-bir dərdbilənlər, fərd mən qaldım,Cahanda xatiri qəmgin, dili pürdəd mən qaldım.
Səradan bir dəli şeytan deyər: insanlar, insanlar!Səradən bir dəli şeytan deyər: insanlar, insanlar!Nədir dünyanı dutmuş elmlər, irfanlar, insanlar!?