Yaxşi aşiq, çalış yaxşı yara yet,Sağaldar, cəsədin yarasa, səni.Aşiq, yar asa səni,Saysa yar “a”sa səni.Kaş nazənin, xanəndəSana yarasa səni.Lisanı şirinsə gərdişi sərin,Yaxşıdı şəstindən yar asa səni.

Ərşdən gərdəninə qəddarə salsa,Qəhrə qərq eyləyər qədd dara salsa.Aşiqsən dara salsa,Yar səni dara salsa.Dərdə salsa, yar salsın,Nə glər dara salsa.Haqq işin alyanan qəddara salsa,Qailsən sər yana yarasa səni.

Yar desə sən aya, aya sən yarı,Cananlar içində aya sən yarı.Aşiqsənsə, sən yarı,Əsil aqil san yarı.Sinnin çatdı əlliyə,Gərdişində sən yarı.Alı, al dəstinə ay asan yarıŞad eylər dərdinə yarasa səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq