İstərəm
Mənim könlüm qüssəlidi, zülməti dan istərəm,Nə malı-mülk, nə var-dövlət, nə şöhrət-şan istərəm,Nə müddətdi, xəstə düşdüm, təbib gəlməz yanıma,Şahlar şahı, irəhm eylə, dərdə dərman istərəm.
Çoxlarına bel bağladım, dedim; “mənə yar olar”,Çox çəkmişəm, çox görmüşəm sinəm üstə yaralar,Öz xalqına qəbir qazan, xain, qəlbi qaralar –Fələk gərək qələm çala cismin büryan istərəm.
Aşıq Alı, ol Xudadı cansızlara can verən,Öz yolunu bilməyənə məhşərdə fərman verən.Mətləbini hasil edib, oğlunu qurban verən,Bar-ilahim, mətləbimi mən də hər an istərəm.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-isterem-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yağar leysan, dağlar qarı əridər,Sel gələr dərədən ay eylər qıj-qıj.
Ay ilə-iləSəhər çağı səyyad gəzər səhrada,İllər ayrısıdır, nazlı yar gələ.
Aranı tez-tezGəldi yaz ayları, yaylaq çağıdı,Ellər tərk eyləyir aranı tez-tez.
Ay edər qıj-qıjYağar leysan, dağda qarı əridər,Şəlalə sədası ay edər qıj-qıj.
Başqa şairlərin şeirləri · İlahi eşq
با آنکه جز او هیچ شهی نیست گدا شد
GəlmişəmAman Allah, çərxi-fələk əlindənQəmlər çəkib axır canə gəlmişəm
Bəs ki, verir cəfaləri hərdəm səfa mənəBəs ki, verir cəfaləri hərdəm səfa mənə,Şadəm ki, daim eylər o gülrüx cəfa mənə.
Onun vəfatı tarixiSöylədi tarixiniOna tapan bir ozan