Ay edər qıj-qıj
Yağar leysan, dağda qarı əridər,Şəlalə sədası ay edər qıj-qıj.Açar xəlic, xakı salar irağa,Sədası sərində ay edər qıj-qıj.
Açırsan qəşəng xan ad aşa dəyər,Yada həcər atsan, adaşa dəyər.Daşar çaylar, sellər a daşa dəyər,Səngin sədasından ay edər qıj-qıj.
Ərş əlada dal qeydinə dal qalar,Qaçhaqaçda hey geride dal qalar,Aşıq Alı, şaxə qalxar dalqalar,Nərəsin çəkəndə ay eylər qıj-qıj.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-ay-eder-qij-qij
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dal-dala
Yaz açılcaq gəl çiçəyin seyrinə,Təbib deyər qoy tökülsün dal-dala.
Damı da yansınUçubdu könlümün dəri, divarı,Bir sütun vurgunan damı dayansın.
De bir üz-bir üzVaxt məni tulladı qəm dəryasına,Ovçuyam gəzirəm de bir üz-bir üz.
Sədala tək-təkRuzi bəxş olundu neçə xilqətdən –İzhar eylə dürüst səd ala tək-tək.