Vaxt məni tulladı qəm dəryasına,Ovçuyam gəzirəm de bir üz-bir üz.Leyli müştağıyam düşdüm odlara,Yetirin loğmana, de bir üz-bir üz.

Fərhad sevdi Şirin yarın kamalın,Kərəm sevdi Əsli yarın kamalın,Ürək istər, könül deyər kam alım,Göz-gözə baxanda de bir üz-bir üz.

Alıyam, xəyalım kəc dolanırdı,Xosrov da başında tac dolanırdı,Məcnun Leyli deyib ac dolanırdı,Almadı Leylidən de bir üz-bir üz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq