Gətirmə
Məcnunun məskəni səri-kuy olar,Səcdəgaha sən divana gətirmə.Əhdə vəfalıyam, peymana mərdəm,Min bəhanə qaibana gətirmə.
Əl götürməz gözüm gözlə savaşdan,Geyin əndamına aldan, qumaşdan.Bir seyrə çıx laləzarı o başdan,Pünhan gəzib, məni cana gətirmə.
Tənə gəlməz pərvanəyə yanmaqdan,Al canımı, qurtar məni dannaqdan.Sədaqətdə Alı çıxıb sınaqdan,Əbəs yerə imtahana gətirmə.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-getirme
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ağlı-qaralı
Ağlı-qaralıdır dünyamız bizim,Ağsız da kəm olar, qarasız da kəm.
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
GəlmədinƏmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.