Bilinməz
Ay ağalar, gəlin sizə söyləyim,Nanəcibin düz ilqarı bilinməz.Xəsis gec-tez öz varını itirər,Onun namus, qeyrət, arı bilinməz.
Can yanmasa gözdən axan yaş olmaz,Qohum-qardaş çətin vaxtı yad olmaz,Dostu büdrəyənin qəlbi şad olmaz,Kisəvar insanın varı bilinməz.
Dostumun dostuna sayıl olmuşam,Təmiz gözəllərə mayıl olmuşam,Çəkdiyim zillətə qayıl olmuşam,Bivəfa gözəlin yan bilinməz.
Mən istərəm gözəlləri şad olsun,Dodaq nazik, incə belli, dad olsun,Xoşxasiyət, gülər üzlü, ad olsun,Əl uzatsan onun narı bilinməz.
Aşıq Alı, hər cəfaya dözübsən,Həm ucanı, həm alçağı görübsən,Bu fani dünyadan əlin üzübsənFələk bivəfadı, barı bilinməz.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-bilinmez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
İmdadQarlı dağlar gənə etdi aradanKərəm ilə qoyma məni dəryada
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm