Oldu
Qafil gördüm Ərzurumun elini,Bizim yerlər gözlərimdə cəm oldu.Çox çətin ki, bu sevdadan qayıdam,Yüküm hicran oldu, nəfim qəm oldu.
Munis buldum bir sevdanın qəhrini,Boyladım dəryanı, keçdim nəhrini.Alosmanın gəzdim cəmi şəhrini,Mənim kimi eldən düşkün kim oldu?
Bu ayrılıq məni çəkdi amana,Görüm viran qalsın çərxi-zamana,Aşıq Alı həsrət qaldı canana,Seryaqub kuyində dəmhadəm oldu.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-oldu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Bir bəri bax, ay qadasm aldığım,Xəbər gəlməz ellərindən, ağlaram.
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Telefon söhbətiSən məndən uzaqsan, mən səndən uzaq,Uzaqdır sevimli gözlərin mənə.
Yarəb, nə nur imiş ki, məni yaxdı narınaYarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?