Sarıköynək
Solar gül camalın, aranda qalma,Dolan yaylaqları yay, sarıköynək,Müştaqam boyuna, nəzərdən salma,Etmə ömrüm ahu-vay, sarıköynək.
Təzələndi köhnə dərdin yarası,Təbibimsən, səndən qaldı çarası,Tökülüb zülflərin gərdən arası,Çək üzə, çin-çin et, say, sarıköynək.
Alı deyər keçdi şamın çoxumu?Qaynat qəfədanı, dağıt yuxumu.Gətir fincanları, yanında lumu,Sən doldur, mən içim çay, sarıköynək.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-sarikoynek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydıNə mən olaydım, ilahi, nə də bu aləm olaydı!Nə də bu aləm əra dil muqəyyədi-qəm olaydı!
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Səs-səsə“Qah-qah gülməlisən*xaniman xərab!”*