Leylü-nəhar fərağından,Yetmir naləm bəyəm, sənə?Ərz etməyə pünhan sözümİmkanım yox deyəm sənə.

Elimin tərlan tavarı,Ömrümün ilkin nubarı,Qoyma qala intizarı,Sanma yad kimsəyəm sənə.

Səmanın ayaz sabahı,Sevən qəlbin yox günahı, -Olsan Alı səcdəgahı –Xanəmdə baş əyəm sənə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri