Olmaz
Qəm yemə, qəm yemə divanə könül,Həmişə ruzigar belə dar olmaz.Özünü bilməzlə durub-oturma,Beləsində namus, qeyrət, ar olmaz.
İnsan gərək namusunu atmaya,Halal mayasına haram qatmaya,Bir oğul ki, ata sözün tutmaya,Bəd övladdı, çöhrəsində nur olmaz.
Yamanı götürüb, yaxşını atma,İlqarı unudub, imanı satma,Oruc tut, namaz qıl, duasız yatma,Alı, dünya malı sənə var olmaz.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-olmaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Düşübdü
Şəmsəddin elində, Tovuz çayında,Gözüm bu gün bir dildara düşübdü.
ظاهراً از بنده حرفی با تو پنهان گفتهاندگوش کن من هم بگویم آن چه یاران گفتهاند
BilməzsənElə mətahların xiridarı mənəm,Sərf olsa hesaba çata bilməzsən.
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.