Bir söz deyim xətrin mənnən xoş olsun,Bir busə istərəm, qayıl olgunan.Acıqlanıb mənə hədyan deyəndəDüşgünən çöllərə sayıl olgunan.

Üzümə baxanda qoca görürsən,Siyah zülfün dal-gərdəndə hörürsən,Qəlbini əğyara, kara verirsən,Baxgınan hikmətə mayıl olgunan.

Mina gərdən nəzik bədən ala sən,İncə belə gümüş kəmər dola sən,Alıyı çəkməynən nara, ala sən,Könlünnən könlümə qayıl olgunan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri