Oldu getdi
Ay həzarat, gəlin sizə söyləyim,Axdı eynim yaşı çay oldu getdi.Nə ağa, nə nökər, nə bəy, nə paşa,Hamsı bir-birinə tay oldu getdi.
Kimi ay qabağa cığa tel düzər,Kimi qaş altından gözlərin süzər.Kimi yeyib, içib, sallanıb gəzər,Kiminin axırı vay oldu getdi.
Aşıq Alı, dərdi canda saxlaram,Bağrım başın çalın-çarpaz dağlaram,Gecə-gündüz nalə çəkib ağlaram,Hayıf, gözlərimə zay oldu getdi.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-oldu-getdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.
Allah, ölümün haqdıBu dünya, o dünya var,Allah, ölümün haqdı!
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
Gözəllərin şahı, şuxu nazəninGözəllərin şahı, şuxu nazənin,Yetişibdi hökmun kulli-cəhanə,