Bahar-yazda qızılgüllər açılır,Behiştə bənzəyir bu bağın sənin.Uzaqdan eşidib səsin anladım,Çıxıbdır hər yana sorağın sənin.

Oğrun-oğrun daldalardan baxarsan,Gərdəninə həmayıllar taxarsan,Durna kimi seyrangaha çıxarsan,Hərdən ətir verir buxağın sənin.

İnnabı ləblərin şərbəti-loğman,Gəzdir, dərdlilərə sən eylə dərman.Bir zaman gəlmişdim mən sizə mehman,Bəzənmiş al-yaşıl otağın sənin.

Siyah zülfün dal gərdənə dolaşır,Xırda qızlar sağ-solunda boylaşır,Gülgəz bədən ağ libasa yaraşır,Aləmi yandırır fərağın sənin.

Alı deyər: gördüm dünya ləzzətin,Bu sazın, söhbətin, xoş hekayətin,İzzətin, şövkətin, bu mərifətinHər yerdə söyləyər dodağın sənin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri