Kəsildi
Fərzəndi-şərəfim köçdü dünyadan,Fələyin boynuma qəhri kəsildi!Necə əl götürüm həmdu-sənadan,Şəkər dəhanımda zəhər kəsildi!
Şərəfim, şöhrətim, oydu pənahım,Xaliqin önündə nəydi günahım?Ərşə büləndi o, oldu amanım,Həyat çeşməsinin bəhri kəsildi!
Nagah qəza gəldi məntək halıya,Fəryadım elləri oda qalıya!Ümid çeşməsiydi yazıq Alıya,Çeşməsi qeyb oldu nəhri kəsildi!
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-kesildi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Gedirəm
Durum dolanım başına,Ala gözlü yar, gedirəm.
Seyri-gülşən etsən, ey gülüzarımSeyri-gülşən etsən, ey gülüzarım,Bülbül oxur, bağlar sədayə düşər,
Buludlar nə yaman gözəl olurmuşKomamız meşənin qalın yerində,Dağda salamlardı hər günü babam.
Şairin ömrüŞairin ömrü bahar ömrünə bənzər, məncə,Şairin ruhu bahar!