Etibarınandı
Ay ağalar, ay qazılar,Mənim işim zarınandı.Bir anlamaz yar əliyləYaralarım sarınandı.
Zərgər də zərinən oynar,Dövlətli varınan oynar.Hərə bir karınan oynar,Mənimki də xarınandı.
Aşıq Alı gülü bəstə,Dərdindən olmuşam xəstə,İlqar verən durar üstə,O da etibarınandı.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-ali-zarinandi
← → düymələri ilə keçid, R — təsadüfi şeir