Payız gəldi, yenə gəldim dağlara,Bostanların uralanan çağıydı.Bu dünyanın nə ki rəngi, naxşı varBir yamacda sıralanan çağıydı.

Qızıl meşə ağ dumanı darayır,Köçdən qalan yol yoldaşı arayır,Durna səsi, uşaqların harayı...Ürəyimin yaralanan çağıydı.

Meşə yolu xəzan altda itəcək,Dostlar gedib, səsim kimə yetəcək,Nə yazmışam, nə yazmıram bitəcək,Yazdığımın qaralanan çağıydı.

21.X.1990

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar