Sanki yol da doğmalaşırBoz gədiyi aşan kimi.Qayalardan soraq gəlirBir kəlmə danışan kimi.

Əlçim bulud yol ötürən,Tənha cığır sirr götürən,

Addımbaşı bir xatirə –Gəncliyimdən nişan kimi.

Yenə zirvə göyü yarır,Yenə sellər yer qoparır,Sinəmdən duyğu qabarırYaz tufanı coşan kimi.

Tanış sözlər, tanış üzlər,Ya qınayar, ya əzizlər,Bulaq üstə dolu gözlər –Çiçəkdən şeh daşan kimi.

Yoxuşlarla savaşıram,Uçurumlar sovuşuram,Mən dağlara qovuşurasTanrıya qovuşan kimi.

25.X.1990

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri