Məzarımı el yolunda qazdırarsınız,Doğmaların təmasından taparam aram.Baş ucumda çopur üzlü Holavar daşı¹Dayanarsa ayrı heç nə arzulamaram...

¹ Yardımlıda, köhnə yurd yerimizə gedən el yolunun üstündəki qayanın adı.

El yolunda...Gədiklərin aşırımında,O yolda ki, indi onu məftillər kəsir.Yaz gələndə o yollarla arandan dağaKöç çatılır, sürü qalxır, ilxı tələsir.

O yerdə ki, bir yaxası Xəzərə açıq,Bir tərəfi Savalandı – ilğım içində.O yerdə ki, Holavarlar oxuyardılar,Yaşı sirdi el üçün də, zaman üçün də...

İlan kimi qabağından çıxanda yollar,Viran qalmış obalardan dağılanda qəm,Sinəm üstən keçib gedən ellərimizinArzumdakı mahnısını dinləyəcəyəm..

23.III.1984

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən