Bulaq nəğmə deyir,sözünü öymür.Çiçək göz oxşayır,gözünü öymür.Çinar göyə çatır,özünü öymür.Vətəntorpağını,düzünü öymür...

Köhnə kişilər dəelə beləydi.Qılıncını öyməz,sözünü öyməz.Vətən torpağıtəközünü öyməz.

Öyüncdən, tərifdənuzaq idilər.Biləklə fil gücügəzdirsələr də,Ürəkdə həmişəuşaq idilər...

Dubulti, 1.XI.1982

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən