Çingiz Əlioğlu və Nüsrət Kəsəmənliyə

Qaymaq bağlayan kimiYığıblar üzümüzü.Alıblar ağlımızı,Sıxıblar gücümüzü...Boynu bükük durmuşuqBiz tarix qarşısındı.Deyib: gülmə toyunda,Yaş axıtma yasında!..Düşmənə heykəl qoyubBaşına and içdirib.Məni qıl körpüsündənBu dünyada keçdirib.Qolumda qanlı qandal,Başımda tərs dəyirman.Vermişəm açıq əldən,Ayıq başdan imtahan.Tarixin haqsızlığı,Sayımmı, saya gəlməz!Xoş günümdən mey dadanDar gündə haya gəlməz.

Çəməndə boy göstəribTəzədən dirçəlirik.Aç qapını, ey zaman,İmtahana gəlirik!..

Ah dostlarım, alnındanGünəş doğan, ay doğan.Ah dostlarım, səhvləriDüzəltməyə darıxan.Başının üzərindəVicdanı bayraq olan,Eldən kömək ummayan,Elinə dayaq olan.

Gül üzlü, gülşən üzlüŞəhidləri dirildən.Bizim də taleyimizYazılıb irəlidən.

Bilmirəm nə vaxt gələrSon imtahan, son sınaq –Taleyin şirin payı:"Ya ölümə boyun əy,Ya özün ol!" harayı.Tərəddüdsüz, qorxusuzHökmümüzü verən anDeyərik, haydı, dostlar,Qurban gedən qaymaqdı,Satılıb qalan ayran!..

1.II.1983

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri