Biz nə arzudayıq, həyat nə işdə...Çay gəldi, üz-üzə oturmuşduq biz.Yox, gərək hardasa bir son döyüşdəQoşa vurulaydı zərbələrimiz.

Vətən təəssübün hayanda itib,Yad hissi ömrünə yad əlmi yazdı?Bu torpaq çoxunu çörəkli edib,Heyif ki, qədrini bilənlər azdı.

Baxıram, qan çəkir, tablamır ürək,Gərək bütövləşib bir can olaydıq!Bir məqsəd uğrunda iki qardaştəkDar gündə, xoş gündə hayan olaydıq.

Ürəyin bir azca qızınan kimiBir günlük sevincdən, bir çınqı oddan;

Xırdaca rahatlıq qazanan kimiÇıxarmaq istədin dünyanı yaddan.

Kəlmə də kəsmərik biz görüşəndə,Gözündə özgənin odu yanırmış.Torpaqda izimiz qoşa düşəndəÜrəkdə yolumuz haçalanırmış!..

Yaxşı ki bu yollar uzanır hələ,Yaxşı ki danışdım, ürək boşaldı.Yıxıldın sən özün öz sözün ilə,Sırada bir əsgər yeri boş qaldı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən