Söz ki ucuzlaşıb dəyərdən düşürElə bil bir igid yəhərdən düşür.Belində kəmər yox, başında papaq,Qılıncı şəkildi, taxdadı ancaq.İlğım səadəti, yuxu bəzəyi,Bomboş səhrasına “cənnətim” deyir,Sürtülür əllərdə dəmir pul kimi.Baş əyir hamıya söz də qul kimi,Əlinə su tökür hər ədabazın,Nifrət əvəzinə mədhiyyə yazır.Füzuli qovrulur öz məzarındaSabir də halların söz bazarındaQaldırıb ayaqdan iyrənci sözüQapılar dolaşan dilənçi sözüSürtük dodaqları dağlamalıyam,Hər söz məzarına ağlamalıyam!..Tarixin günahı, vaxtın suçudu,Sözün xəstəliyi yoluxucudu.Yurdun azadlığı sözdən başlanır,Ürəkdən başlanır, gözdən başlanır.

30.V.1986

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri