Bir kökümüz doğudadı,Bir kökümüz günbatandaBiz tarixin yoldaşıyıqDünya boyda bir vatandaMin savaşın ağrısı varDamarlarda coşan qandaZəhər oldu qədərimizİçdik Tanrı işığıtəkÖlüm kəsdi yolumuzuKeçdik Tanrı işığıtək!

Yakutlardan üzü bəriBir qardaşdı yaxın-uzaq,Türk, azəri, türkmən, tatar,Özbək, başqırd, qırğız, qazax...Kim aranı kəsəcəksəBu savaşı uduzacaqYenmək üçün doğulmuşuq,Sərtik Tanrı işığıtək!Bir babanın övladıyıq,Türkük Tanrı işığıtək!

Qoy yan-yana dalğalansınBir millətin bayraqlarıGünəş bizə beşik olubXatırlayaq o çağlarıAlaq düşmən caynağındanƏsir düşən torpaqlarıŞəhidlərə salam verəkSoraq Tanrı işığıtək,O yurdlar ki, bizi bəklərVaraq Tanrı işığıtək!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri