Torpağım
Hamıdan çox torpağıma inanıram,İstəyirəm hər an onu seyrə çıxım.Üzərində yeriyirəm, dayanıram,Düşür zərif sinəsinə ağırlığım.
İnanıram, yenə möhkəm saxlayacaq,Qoymayacaq məni o, dar ayağında.Cavan ölsəm, bulaqlarda ağlayacaq,Qoca ölsəm, dəfn edəcək qucağında.
Bir dən atsam, bu gün onun cadarınaMənim üçün min-min sünbül yetirəcək.Ehtiyacım olsa qışda baharınaQar üstündə qızılgül də bitirəcək.
İnanıram, düşməninin qabağınaÖzgəni yox, ilkin məni göndərəcək.Yara dəysə bir ağacın budağınaYalnız məni o, məlhəmə döndərəcək.
Lazım gəlsə çevriləcək yad qəbrinəMənim üçün gülzar olan hər qarışı.Yer üzünə min il sonra gəlsəm, yenəKaş mən olam bu torpağın vətəndaşı!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-torpagim-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məcnun məhəbbəti qalar kölgədəBizim eşqimizin sözü düşəndə.
Dedin: sevmirəm səniDedin: sevmirəm səni,Bu sözünə inandım.
Oğlanlar, evlərdə qızlar böyüyürOğlanlar, evlərdə qızlar böyüyür,Sizin gözləriniz baxmasın yana.
Kim deyir ağaclar hissiz, duyğusuzKim deyir ağaclar hissiz, duyğusuz,Kim deyir ağaclar ürəksiz olur?!
Başqa şairlərin şeirləri · Təbiət və bahar
"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.
Çiçək təranəsiVerib qaranquşa xoş gülüşünü,Yazın nəfəsini torpaqdan soruş.
Gərək (Budur gözəllərdə əzəl nişanə)Budur gözəllərdə əzəl nişanə,Ağ üzdə xalları ay qoşa gərək.
Gərəkdi kim, sala hal əhlini bəlayə fələkGərəkdi kim, sala hal əhlini bəlayə fələk,Verir həzar bəla mərdi-mübtəlayə fələk.