Oğlanlar, evlərdə qızlar böyüyür,Sizin gözləriniz baxmasın yana.Məhsəti, Natəvan, Nigar böyüyür,Hər biri layiqdir bir mərd oğlana.

Oğlanlar, evlərdə qızlar böyüyür,Bir ələ dəyməmiş əli qızların.Yanağı laləli bahar böyüyür,Lap üzükdən keçər beli qızların.

Oğlanlar, evlərdə qızlar böyüyür,Qüdrətdən çəkilib rəngi, boyası,Elə bil budaqda nübar böyüyür,Üzündən öpməyib doğma anası.

Oğlanlar, evlərdə qızlar böyüyür,Hələ kəsilməyib şahmar hörüklər,Evlərdə, sədaqət, vüqar böyüyür,Sizi arxasınca çəkib sürüklər.

Oğlanlar, evlərdə böyüyən qızlarİsmət pərdəsindən çıxmayıb hələ,Sınayın, onlarda vəfa, etibarƏskilməz bir gilə, solmaz bir gilə.

Oğlanlar, evlərdə qızlar böyüyür,Kənara, yad yerə çox baxmayın siz.Oğlanlar, evlərdə qızlar böyüyür,Oğlanlar, tələsin gecikərsiniz!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri