Bütövlük
Yarımçıq bir havanı oxumaq istəyirəm,İstəyirəm yarımçıq bir badəni içəm mən.Yarımçıq bir hananı toxumaq istəyirəm,İstəyirəm yarımçıq qalmış yolu keçəm mən.
Neynirəm o yolu ki, gedib birdən dayanaSahilində Arazın, Kürün, Astaraçayın?!Gərək yollar bütöv bir vətən kimi uzana,Lap insansız qoynuna çata ulduzun, ayın.
İstəyirəm diləklər çin olsun, başa çatsın,Nakam arzu görəndə sanki qara geyirəm.Qoy insanı yuxudan bütöv günəş oyatsın,On dörd gecəlik ayın nuruna nur deyirəm.
Yarımçıq xatirələr sanki bir top iynədir,Sancılır xəyalıma, sancılır yaddaşıma.Yarımçıq duyğular da ürəyimi göynədir,Deyirəm, hər nə gəlsə, bütöv gəlsin başıma.
Yarımçıq bir sağlığı deyib çatdıram sona,Sevib vuram axıra yarımçıq məhəbbəti.Amansız hökmdartək tutub salam zindanaYarımçıq azadlığı, yarımçıq səadəti.
Deyirəm öz-özümə mən düşünə-düşünəGərək yarımçıq qalan ömürləri yaşayam.Yarımçıq bəlaların medal taxam döşünə,Yarımçıq talelərin qəm yükünü daşıyam...
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-butovluk
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bağışlaya bilmirəm, yaman sınıbdır ürək,Sevirdim, sevdiyimi indi sevə bilmirəm.
Xəzəri bulanıq gördüm bu axşamXəzəri bulanıq gördüm bu axşam,Ərşə çəkilmişdir mavi şəffaflıq.
Gecikmiş sərnişinBütün sərnişinlər tutdular yeri,Qatar səsli-küylü yola düzəldi.
Bakıda istiYaman isti keçir bu il havalar,Bürkü asılıbdır göydən cunatək.
Başqa şairlərin şeirləri
Eşq odına düşdüm, çəkdim cəfalar,Dünyada səfasız nə yaman olur,
HardasanAnamla sevincim axşam itəndə,Məni səhər çağı tapdı iztirab.
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?
Lay-layLay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,