Xəzəri bulanıq gördüm bu axşam,Ərşə çəkilmişdir mavi şəffaflıq.Orda əks olmurdu min-min yanan şam,Hanı o duruluq? Hanı o saflıq?

Enmirdi sulara ağ qağayılar,Görmürdüm köksündə “gümüş sərvi də”.Sökmüşdü suları bir dəli ruzgar,Susmuşdu dənizdə mavi şərqi də.

Köksündə təlatüm gəzmişdir bəlkə?Dünən sakit idi! Durulmuşdu o.Xəzər mavilikdən bezmişdi bəlkə,Yoxsa təmizlikdən yorulmuşdu o?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri