Payız
Demə ki, yarpaqlar döndü xəzələ,Demə gül-çiçəklər tamam yanıbdır, –Torpaq da istəyir hərdən bəzənə,Yox, bütün təbiət xınalanıbdır.
Səhər dan yerinə çəkildi xına,Axşam qürub yeri oldu xınalı.Yamaclar büründü qəfil yanğınaXına atəşinə düşüb yanalı.
Ağacın çətrinə gülab çiləndi,Xınalı yarpaqlar dinar-dinardı.O, toy xınasını yaxmış gəlindi,Yoxsa yarpaqları qızıl Çinardı?!
Payız bu boyanı işlədir yalnız,Xına çox yaraşır onun hüsnünə:Mən fəsil demirəm sənə, ay payız,Xına alverçisi deyirəm sənə!
Kitabxana.az · https://kitabxana.az/works/eliaga-kurcayli-payiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yox, yox, az olmayıb çətin anlarım...Dərdim də, qəmim də az olmayıbdır.
İstərəmMən sənin eşqinin asimanındaAya, ulduzlara çatmaq istərəm.
Bir gün xatirimə düşdün təzədənBir gün xatirimə düşdün təzədənQəfildən şaxıyan bir şimşək kimi.
Yuxuda gördüm ki...Yuxuda gördüm ki, sevmirsən məni,Bütün ümidlərim puçdur, nahaqdır,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Qutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.
Burda bir insan ölübNazim Hikmətin əziz xatirəsinə*Bir dostumuz öldü;
تیرهگون شد کوکبِ بختِ همایونفالِ منواژگون گشت از سپهر واژگون اقبالِ من
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəlEyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,