Bir gün xatirimə düşdün təzədənQəfildən şaxıyan bir şimşək kimi.Sanırdım anmaram səni bir də mənQoxlanıb atılmış bir çiçək kimi.

Səni xatırladım...İstərdim fəqətHeç vaxt düşməyəsən yadıma bir də.Tamam unudula köhnə məhəbbət,Tamam unudula xatirələr də.

Düşdün xatirimə...Mən surətiniİstədim gözümdən qovam uzağa.Xəyalın göstərdi öz qüdrətini,İradəm çatmadı səndən qaçmağa.

Durdun göz önündə məğrur, gülümsər,İncə nəvazişli, mehriban, təmiz,Həyat təbəssümlü, gözəl...Bir qədərÖzündən tez çıxan –Həm də səbəbsiz...Bircə yol baxmaqla dərdi dağıdanGözlərin yalandan, riyadan uzaq.Düşdün xatirimə,Lap ilk çağındanSevincimə şərik, qəmimə ortaq.

Sən bu xislətinlə,Bu aləminləDüşdün xatirimə, düşdün qəfildən.Qəlbimin bugünkü dərdi, qəmiləCidala başladın adətinlə sən.

Yox, səni unutmaq əmri-mahaldı,Yuvan sinəmdəki sevən ürəkmiş.Yadıma düşməyin dərdimi aldı,Eşqin, nəvazişin mənə gərəkmiş.

Yox, səni unutmaqCoşqun selləriTərsinə üzməkdən daha çətinmiş.Göyərçin qanadı – bir cüt əllərinMənim pərvaz edən səadətimmiş...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri