I

Sənin o tufanlı yolların üstəBaharam, çiçəyəm, qızılgüləm mən.Düzdür, bölünməkdən qorxuram ancaqSevinci səninlə gərək böləm mən.

Bir vüsal istədin, keçdi qərinə,Həsrəti mən çəkdim sənin yerinə.Dostuna dostamsa, düşmənlərinə –Qılıncı sıyrılmış vuran ələm mən.

Hıcranı nə qədər qucaqlayasan,Atəşi gözünlə ayaqlayasan?Mümkünmü içində sən ağlayasan,Nəşələr qoynunda deyib-güləm mən?

Kor tale bizimlə oyun oynadı,Bizi bitməz işə salıb sınadı.Ürəyim amansız divanxanadı –Taleyin yerini kaş ki, biləm mən!

Ağlayır ürək də, beyin də, baş da,Dönməz bu həsrətə torpaq da, daş da,Namərdəm yüz yaşda, yüz əlli yaşdaVüsalı görməsəm əgər, öləm mən!

1974

II

Uca dağlar, yol verinUzaqdan ana gəlir.Ovxarlı xəncəriniÇəkib hicrana, gəlir.

Daşa dönmüş ümidlər,Duyğular cana gəlir.Yola çıxın, igidlər,Uzaqdan ana gəlir.

Bir nəfərin anası,Milyonların istəyi,Bir oğul təmənnası,Bir torpağın diləyi.

Uzaq düşmüş yaxındanÇıxıb bu yana gəlir.Ay Bakı, ay Naxçıvan,Yola çıx, ana gəlir,

Ay Qarabağ, Muğan, MilYola, izə çiçək sər,Vüqarlı Qoşqar, əyil,Ana gəlir, ay ellər!

Şair oğlu demişkənGözündə qətrə gəlir.Saçındakı gümüşdənO yerin ətri gəlir.

Sözündə, ləhcəsindəO yerin duzu gəlir.Ananın nəfəsindəO yerin özü gəlir.

Daşa dönmüş ümidlər,Arzular cana gəlir.Yola çıxın, igidlər,Uzaqdan ana gəlir!

1971

III

İsti qoynu intəhasız Vətənin,Ağ saçları bəyaz qarın təşbehi.Şerindəki ahəng idi o sənin,Nəfəsinə söyləyirdin yaz mehi.

Məclislərdə ümiddən söz salana“Mən bir ana gözləyirəm” – deyərdin.“Ən işıqlı ümidimdir o ana,yana-yana gözləyirəm” – deyərdin.

Astanaya qəfil kölgə düşəndəSəksənərdin: – Kaş ki anam gələydi!Köynəyinə nardan ləkə düşəndəSöyləyərdin: – Kaş ki anam siləydi!

Saf büllura gözlərindən axan yaş,Musiqiyə ana səsi deyərdin.Sən anana anadan çox, a qardaş,Təşbehlərin xəzinəsi deyərdin.

Şair dostum, gözlərimi göynədir,Bir xəbər ki, axır çatdı sənə də.Ana öldü!..

Bu yer nədir, göy nədir,Hər şerində görünəcək yenə də:

Ağ saçları bəyaz qarın təşbehi,Gül nəfəsi ilk baharın təşbehi,Özü nurlu arzuların təşbehi,Adı sonsuz etibarın təşbehi.

Andı, polad qalaları aldıran,Bayrağını üfüq boyu qaldıranBir inamın, bir vüqarın təşbehi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri